25 oktyabr 2013-cü il tarixində “İsmayıllı gənclərinin sosial şəbəkələrdən səmərəli istifadəsinin təmin olunması” layihəsinin ilk təlimi keçirildi.Təlimdə Ismayıllı rayon 1saylı, 2 saylı və 6 saylı məktəblərin 9, 10 və 11-ci sinif şagirdləri iştirak edirdilər. Təlim zamanı şagirdlərə sosial şəbəkələr haqqında geniş məlumat verən təlimçilər iştirakçıları maraqlandıran sualları da cavablandırdılar, eləcə də istedad və marağı olanların Gənclər Fondunun 4-cü qrant layihəsinə qoşulmaq imkanının olduğunu da vurğuladılar.Təlim zamanı iştirakçılara buklet və broşurlar paylandı.Təlimin sonunda müzakirələr zamanı fəal iştirak edən gənclərdən “İnnovativ Gənclər” birliyinin ilk nümayəndələri seçildi.


Комментариев нет:
Отправить комментарий