среда, 30 октября 2013 г.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Qrant layihəsi çərçivəsində "İsmayıllı gənclərinin sosial şəbəkələrdən səmərəli istifadəsinin təmin olunması" layihəsi

İsmayıllı gənclərinə sosial şəbəkələrlə bağlı məlumatlar verildi

29 oktyabr 2013-cü il tarixində “İsmayıllı gənclərinin sosial şəbəkələrdən səmərəli istifadəsinin təmin olunması” layihəsinin növbəti təlimi keçirildi.Təlimdə Ismayıllı rayon 1saylı, 3 saylı məktəblərin 9, 10 və 11-ci sinif şagirdləri iştirak edirdilər. Təlim zamanı şagirdlərə sosial şəbəkələr haqqında geniş məlumat verən təlimçilər iştirakçıları maraqlandıran sualları da cavablandırdılar, eləcə də istedad və marağı olanların Gənclər Fondunun 4-cü qrant layihəsinə qoşulmaq imkanının olduğunu da vurğuladılar.Təlim zamanı iştirakçılara buklet və broşurlar paylandı.Gənclər Fondunun logosu olan köynəklər fəal iştirakçılara təqdim olundu. Təlim zamanı 1 saylı məktəbin 9-cu sinif şagirdi X.Şaiq öz bloqlarını iştirakçılara təqdim etdi.Bloq yaratmaq eləcə də bloqun imkanları barədə təlimçi məlumat mübadiləsi apardı.3 saylı məktəbin şagirdləri də müzakirələrdə fəal iştirak etdilər.Təlimin sonunda müzakirələr zamanı fəal iştirak edən gənclərdən “İnnovativ Gənclər” birliyinə yeni üzvlər seçildi.
 
Фото 
Фото 

Фото


Комментариев нет:

Отправить комментарий