AZƏRBAYCANCA

Salam əziz  müəllimlər,şagirdlər,bloqun daimi oxucuları və istifadəçiləri!

Ana dilimiz Azərbaycan dilində olan səhifənin hər biriniz üçün maraqlı olacağina əminəm.

Mən P.Piriyeva  İsmayıllı şəhər 1 saylı tam orta məktəbin  ingilis dili müəllimiyəm.Məktəbimiz  2008-ci  ildə ölkəmizin Prezidenti Cənab İ.Əliyevin sərəncamı ilə "İlin Ən Yaxşı Məktəbi" adına layiq görülmüş, məktəbimizin direktoru Ş.Rəsulov , dil- ədəbiyyat  və riyaziyyat müəllimləri Mirvari Musayeva və İzhar kazımov "Əməkdar Müəllim" adına layiq görülmüş, məktəbimizin üç müəllimi "Ən Yaxşı Müəllim" müsabiqəsinin qalibi olmuşdur: Şükufə  Nəcəfova ,Ülviyyə Tahirova, Pərvanə Piriyeva. 

Mən artıq bir necə ildir ki, tədris etdiyim ingilis dili fənninin oyrədilməsində müasir təlim metolarından istifadə edirəm.İnnovativ metodlardan təkcə dərslərimdə deyil ,müxtəlif beynəlxalq layihələrdə iştirak etmək üçün yararlanıram.

AzETA(Azərbaycan İngilis Dili Müəllimləri Assosiasiyası),İEATFL(Beynəlxalq

İngilis Dili Müəllimləri Assosiasiyası),

İEARN(Beynəlxalq Təhsil və Tədqiqatlar Şurası),İREX(Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası) kimi Beynəlxalq təşkilatların üzvüyəm,və şagirdlərimlə birgə layihələrdə işləyirəm.Layihələrim və işlərim haqqıda video materiallar,

şəkillər və yazılarla bloqda tanış ola bilərsiz.

Bloga daxil olun,oxuyun və rəylərinizi bildirin.



3 комментария: