суббота, 7 декабря 2013 г.

6 dekabr 2013-cü il tarixdə “İsmayıllı gənclərinin sosial şəbəkələrdən səmərəli istifadəsinin təmin olunması” layihəsinin son təlimi və bağlanış mərasimi keçirildi.Təlimdə Ismayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbinin direktor müavini Dilbər Yəhyayeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi, Əməkdar müəllim Mirvari Musayeva, şəhər 3 və 7 nömrəli məktəblərin gənc müəllimləri və adı çəkilən məktəblərin IX-XI sinif şagirdləri iştirak edirdilər.Sosial şəbəkələrdən səmərəli istifadə
Təlim zamanı şagirdlərə sosial şəbəkələr haqqında geniş məlumat verən layihə rəhbəri iştirakçıları maraqlandıran sualları da cavablandırdı. İstedad və marağı olanların Gənclər Fondunun qrant layihələrində iştirak edə biləcəklərini söylədi. İştirakçılara Gənclər Fondu barədə məlumat xarakterli slaydlar nümayiş olundu. Gənclərə sosial şəbəkələrin əhəmiyəti barədə məlumat verildi və səmərəli müzakirələr aparıldı.Təlim zamanı iştirakçılara buklet və broşurlar paylandı. Layihə rəhbəri Pərvanə Piriyeva internet məkanında bloq yaratmağın üstünlüklərini geniş izah etdi və gəncləri bloqun internet məkanında yaradılan gündəlik xarakteri daşıdığını söylədi, öz bloqlarını iştirakçılara təqdim etdi. Təlim müddətində fəal iştirakçılarla birgə “İsmayıllı Gənclərinin İnkişafı” adlı yeni bloq yaradıldı. 

Təlimin sonunda müzakirələr zamanı fəal iştirak edən gənclərdən “İnnovativ Gənclər” birliyinə yeni üzvlər seçildi. Fəallara Gənclər Fondunun loqosu əks olunan köynəklər hədiyyə olundu.

воскресенье, 1 декабря 2013 г.


“İsmayıllı gənclərinin sosial şəbəkələrdən səmərəli istifadəsinin təmin olunması”
30 noyabr 2013-cü il tarixində “İsmayıllı gənclərinin sosial şəbəkələrdən səmərəli istifadəsinin təminolunması” layihəsinin növbəti təlimi keçirildi.Təlimdə Ismayıllı şəhər İ.Həsənov adına 1saylı tam orta məktəbin direktoru Rasulov Şəfaqət,Bakı İdrak məktəbinin təlimçisi Sona Həmzəyeva, 9, 10 və 11-ci sinif şagirdləri iştirak edirdilər. Təlim zamanı şagirdlərə sosial şəbəkələr haqqında geniş məlumat verən təlimçi Sona Həmzəyeva və layihə rəhbəri iştirakçıları maraqlandıran sualları da cavablandırdılar, eləcə də istedad və marağı onların Gənclər Fondunun qrant layihələrində iştirak edə biləcəklərini söylədilər.İştirakçılara Gənclər Fondu barədə məlumat xarakterli slaydlar nümayiş olundu. Məktəbin direktoru, əməkdar müəllim Ş.Rasulov layihənin əhəmiyyətliliyi, müasir dövrümüzdə sosial şəbəkələrlə bağlı maarifləndirmənin vacibliyini vurğuladı.Təlimçi gənclərə liderlik bacarıqları barədə məlumat verdi və aktiv müzakirələr aparıldı.Təlim zamanı iştirakçılara buklet və broşurlar paylandı. Sona Həmzəyeva internet məkanında bloq yaratmağın üstünlüklərini geniş izah etdi və gəncləri bloqun internet məkanında yaradılan gündəlik xarakteri daşıdığını söylədi. Təlimçi öz bloqlarını iştirakçılara təqdim etdi.Bloq yaratmaq eləcə də bloqun imkanları barədə məlumat mübadiləsi apardı. Şagirdlər də müzakirələrdə fəal iştirak etdilər.Təlimin sonunda müzakirələr zamanı fəal iştirak edən gənclərdən “İnnovativ Gənclər” birliyinə yeni üzvlər seçildi.

Фото



                                          Фото