понедельник, 28 октября 2013 г.

Press-Reliz

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun III Qrant layihəsi çərçivəsində  “Gənc müəllimlərin internet resusrslarından səmərəli istifadəsinin təbliği” adlı layihənin ilk təlimi həyata keçirildi.
      Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun III Qrant layihəsi çərçivəsində maliyyələşdirilən “Gənc müəllimlərin internet resusrslarından səmərəli istifadəsinin təbliği  ” adlı layihəsi çərçivəsində  ilk təlim 26.10.2013-cü il saat 10.00 Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbdə keçirildi.
     Təlimdə Şəmkir şəhər Cahangir Rüstəmov adına tam orta məktəbin, Nizami  adına tam orta məktəbin və Əhməd Cavad adına tam orta məktəbin  gənc müəllimləri iştirak edirdilər. Təlimin əvvəlində müəllimlərə layihə haqqında maarifləndirici  bukletlər paylanıldı.
 Təlimdə  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Strateji Planlaşdırma və beynəlxalq əlaqələr sektorunun məsləhətçisi Ramin Cəfərov iştirak edərək Azırbaycan Gənclər Fondu haqqında geniş məlumat verərək, yaradıcı gənclərin intellektual, kreativ layihələrini dəstəklədiklərini bilavasitə iştirakçıların nəzərinə çatdırdı.  Eyni zamanda iştirakçılara və Layihə rəhbərinə uğurlar  arzuladı.
       Layihə rəhbəri Sona Əliyeva təlim iştirakçılarına  lahiyənin  həyata keçirilməsində əsas məqsədin layihə müddətində  Şəmkir Rayon məktəblərnin gənc müəllimlərinin İKT bacaqıqlarının inkişaf etdirilməsi ilə yanaşı, təhsilyönümlü internet resurslarla tanışlıq  və bu resurslardan səmərəli, istiqamətlənmiş  istifadəyə  nail  olmaqdır.   Təlim zamanı elektron tədris resursları haqqında hazırlanmış slayd təqdim olundu. Burada elektron tədris resurslarının təsnifatı, səmərəliliyi, mənfi və müsbət tərəfləri, əhəmiyyəti , məqsədləri  haqqında məlumatlar, Azərbaycan elektron kitabxanaları, elektron tədris resursları haqqında geniş  məlumatlar öz əksini tapmışdır. Bundan başqa bu sahədəki beynəlxalq təcrübələr müzakirə olunaraq,  rus və ingilis dilində olan  tədris saytları bilavasitə müəllimlərə nümayiş olundu. Sosial şəbəkələrdən təhsil sahəsində istifadənin mümkünlüyü və bu sahədəki beynəlxalq təcrübə haqqında da geniş məlumatlar verildi.








Комментариев нет:

Отправить комментарий