воскресенье, 3 ноября 2013 г.

Press-Reliz

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun III Qrant layihəsi çərçivəsində  “Gənc müəllimlərin internet resusrslarından səmərəli istifadəsinin təbliği” adlı layihənin növbəti  təlimi həyata keçirildi.
      Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun III Qrant layihəsi çərçivəsində maliyyələşdirilən “Gənc müəllimlərin internet resusrslarından səmərəli istifadəsinin təbliği  ” adlı layihəsi çərçivəsində  təlim 02.11.2013-cü il saat 10.00 Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbdə keçirildi.
     Təlimdə Şəmkir şəhər Nəriman Nərimanov adına tam orta məktəbin, Morul tam orta məktəbin və Füzuli adına təbiət – humanitar təmayüllü  lisey- məktəbin  gənc müəllimləri iştirak edirdilər. Təlimin əvvəlində müəllimlərə layihə haqqında maarifləndirici  bukletlər paylanıldı.
 Təlimdə  Şəmkir Rayon Təhsil Şöbə müdiri Məcid Şıxlinski də iştirak edərək, bu növ layihələrin dəstəkənməsinin Dövlət başçısının gənclərə qayğı və diqqəti kimi dəyərləndirdi. Eyni zamanda Azərbaycan Gənclər Fondunun işini yüksək qiymətləndirərək, iştirakçılara və layihə rəhbərinə uğurlar arzuladı.    Layihə rəhbəri Sona Əliyeva təlim məqsəd və vəzifələri haqqında məlumat verdi,  və iştirakçılara  elektron tədris resursları haqqında hazırlanmış slayd təqdim olundu. Burada elektron tədris resurslarının təsnifatı, səmərəliliyi, mənfi və müsbət tərəfləri, əhəmiyyəti , məqsədləri  haqqında məlumatlar, Azərbaycan elektron kitabxanaları, elektron tədris resursları haqqında geniş  məlumatlar öz əksini tapmışdır. Bundan başqa bu sahədəki beynəlxalq təcrübələr müzakirə olunaraq,  rus və ingilis dilində olan  tədris saytları bilavasitə müəllimlərə nümayiş olundu. Sosial şəbəkələrdən təhsil sahəsində istifadənin mümkünlüyü və bu sahədəki beynəlxalq təcrübə haqqında da geniş məlumatlar verildi. Həmçinin gənc müəllimlərin istəyini nəzərə alaraq, onlara e-poçt yaratmaq, web səhifələrdən faylları yükləmək,  sosial şəbəkələrdə qeydiyyatdan keçmək əyani olaraq nümayiş etdirildi. Sosial şəbəkələrin təhsil prosesində rolu və əhəmiyyəti, istifadəsi haqqında məlumatlar verildi.








Комментариев нет:

Отправить комментарий