“İsmayıllı gənclərinin sosial şəbəkələrdən səmərəli istifadəsinin təmin olunması” layihəsi davam edir
7 noyabr 2013-cü il tarixində “İsmayıllı
gənclərinin sosial şəbəkələrdən səmərəli istifadəsinin təmin olunması”
layihəsinin növbəti təlimi İsmayıllı şəhər 1 saylı orta məktəbdə
keçirilib. Təlimdə İsmayıllı rayon 1 saylı saylı orta məktəbin 9, 10 və
11-ci sinif şagirdləri iştirak ediblər. Təlim zamanı şagirdlərə sosial
şəbəkələr haqqında geniş məlumat verən təlimçi iştirakçıları
maraqlandıran sualları da cavablandırıb, iştirakçılar üçün öncədən
hazırlanmış slaydlar nümayiş olunub. Təlim zamanı iştirakçılara buklet
və broşurlar paylanılıb. Gənclər Fondunun loqosu olan köynəklər fəal
iştirakçılara təqdim olunmuş və xatirə fotoları çəkilmişdir. Təlimdə 1
saylı məktəbin 9-cu sinif şagirdi E. Abdullayev öz bloqunu iştirakçılara
təqdim edib, onlara bloq yaradılması öyrədilib, sosial şəbəkələrin
imkanları barədə slaydlar təqdim olunub. Təlimin sonunda müzakirələr
zamanı fəal iştirak edən gənclərdən “İnnovativ Gənclər” birliyinə yeni
üzvlər seçilib.
Комментариев нет:
Отправить комментарий