суббота, 7 декабря 2013 г.

6 dekabr 2013-cü il tarixdə “İsmayıllı gənclərinin sosial şəbəkələrdən səmərəli istifadəsinin təmin olunması” layihəsinin son təlimi və bağlanış mərasimi keçirildi.Təlimdə Ismayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbinin direktor müavini Dilbər Yəhyayeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi, Əməkdar müəllim Mirvari Musayeva, şəhər 3 və 7 nömrəli məktəblərin gənc müəllimləri və adı çəkilən məktəblərin IX-XI sinif şagirdləri iştirak edirdilər.Sosial şəbəkələrdən səmərəli istifadə
Təlim zamanı şagirdlərə sosial şəbəkələr haqqında geniş məlumat verən layihə rəhbəri iştirakçıları maraqlandıran sualları da cavablandırdı. İstedad və marağı olanların Gənclər Fondunun qrant layihələrində iştirak edə biləcəklərini söylədi. İştirakçılara Gənclər Fondu barədə məlumat xarakterli slaydlar nümayiş olundu. Gənclərə sosial şəbəkələrin əhəmiyəti barədə məlumat verildi və səmərəli müzakirələr aparıldı.Təlim zamanı iştirakçılara buklet və broşurlar paylandı. Layihə rəhbəri Pərvanə Piriyeva internet məkanında bloq yaratmağın üstünlüklərini geniş izah etdi və gəncləri bloqun internet məkanında yaradılan gündəlik xarakteri daşıdığını söylədi, öz bloqlarını iştirakçılara təqdim etdi. Təlim müddətində fəal iştirakçılarla birgə “İsmayıllı Gənclərinin İnkişafı” adlı yeni bloq yaradıldı. 

Təlimin sonunda müzakirələr zamanı fəal iştirak edən gənclərdən “İnnovativ Gənclər” birliyinə yeni üzvlər seçildi. Fəallara Gənclər Fondunun loqosu əks olunan köynəklər hədiyyə olundu.

Комментариев нет:

Отправить комментарий