среда, 13 ноября 2013 г.

Press-Reliz

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun III Qrant layihəsi çərçivəsində  “Gənc müəllimlərin internet resusrslarından səmərəli istifadəsinin təbliği” adlı layihənin növbəti  təlimi həyata keçirildi.
      Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun III Qrant layihəsi çərçivəsində maliyyələşdirilən “Gənc müəllimlərin internet resusrslarından səmərəli istifadəsinin təbliği  ” adlı layihəsi çərçivəsində  təlim 12.11.2013-cü il saat 10.00 Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbdə keçirildi.
     Təlimdə Şəmkir şəhər İ.S. Aznaurov  adına Kür 1 saylı tam orta məktəbin,  N.Nərimanov adına tam orta məktəbin,  Çinarlı 1 və 2 saylı  tam orta məktəbin   gənc müəllimləri iştirak edirdilər. Təlimin əvvəlində müəllimlərə layihə haqqında maarifləndirici  bukletlər paylanıldı.
      Layihə rəhbəri Sona Əliyeva təlimin əvvəlində layihənin  məqsəd və vəzifələri haqqında məlumat verdi  və iştirakçılara  elektron tədris resursları haqqında hazırlanmış slayd təqdim olundu. Burada elektron tədris resurslarının təsnifatı, səmərəliliyi, mənfi və müsbət tərəfləri, əhəmiyyəti , məqsədləri  haqqında məlumatlar, Azərbaycan elektron kitabxanaları, elektron tədris resursları haqqında geniş  məlumatlar öz əksini tapmışdır. Bundan başqa bu sahədəki beynəlxalq təcrübələr müzakirə olunaraq,  rus və ingilis dilində olan  tədris saytları bilavasitə müəllimlərə nümayiş olundu. Sosial şəbəkələrdən təhsil sahəsində istifadənin mümkünlüyü və bu sahədəki beynəlxalq təcrübə haqqında da geniş məlumatlar verildi. Həmçinin gənc müəllimlərin istəyini nəzərə alaraq  sosial şəbəkələrdə qeydiyyatdan keçmək  və  qrup yaratmaq, bloq yaratmaq, web səhifələrdən video yükləmək və s. əyani olaraq nümayiş etdirildi. Sosial şəbəkələrin təhsil prosesində rolu və əhəmiyyəti, istifadəsi haqqında məlumatlar verildi. Təimin sonunda müəllimlərin maraqlandıran suallar ətrafında geniş müzakirələr aparıldı. Həmçinin müəllimlərin istəyi üzərinə onlara elektron materiallar verildi.



Комментариев нет:

Отправить комментарий