Press-Reliz
Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun III Qrant layihəsi çərçivəsində “Gənc
müəllimlərin internet resusrslarından səmərəli istifadəsinin təbliği” adlı
layihənin növbəti təlimi həyata
keçirildi.
Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun III Qrant layihəsi çərçivəsində
maliyyələşdirilən “Gənc müəllimlərin
internet resusrslarından səmərəli istifadəsinin təbliği ” adlı layihəsi çərçivəsində təlim 12.11.2013-cü il saat 10.00 Şəmkir şəhər
Əhməd Cavad adına tam orta məktəbdə keçirildi.
Təlimdə
Şəmkir şəhər İ.S. Aznaurov adına Kür 1
saylı tam orta məktəbin, N.Nərimanov
adına tam orta məktəbin, Çinarlı 1 və 2
saylı tam orta məktəbin gənc müəllimləri iştirak edirdilər. Təlimin əvvəlində
müəllimlərə layihə haqqında maarifləndirici bukletlər paylanıldı.
Layihə rəhbəri Sona Əliyeva təlimin əvvəlində
layihənin məqsəd və vəzifələri haqqında
məlumat verdi və iştirakçılara elektron tədris
resursları haqqında hazırlanmış slayd təqdim olundu. Burada elektron tədris
resurslarının təsnifatı, səmərəliliyi, mənfi və müsbət tərəfləri, əhəmiyyəti ,
məqsədləri haqqında məlumatlar, Azərbaycan
elektron kitabxanaları, elektron tədris resursları haqqında geniş məlumatlar öz əksini tapmışdır. Bundan başqa
bu sahədəki beynəlxalq təcrübələr müzakirə olunaraq, rus və ingilis dilində olan tədris saytları bilavasitə müəllimlərə
nümayiş olundu. Sosial şəbəkələrdən təhsil sahəsində istifadənin mümkünlüyü və
bu sahədəki beynəlxalq təcrübə haqqında da geniş məlumatlar verildi. Həmçinin gənc
müəllimlərin istəyini nəzərə alaraq sosial
şəbəkələrdə qeydiyyatdan keçmək və qrup yaratmaq, bloq yaratmaq, web səhifələrdən
video yükləmək və s. əyani olaraq nümayiş etdirildi. Sosial şəbəkələrin təhsil
prosesində rolu və əhəmiyyəti, istifadəsi haqqında məlumatlar verildi. Təimin
sonunda müəllimlərin maraqlandıran suallar ətrafında geniş müzakirələr
aparıldı. Həmçinin müəllimlərin istəyi üzərinə onlara elektron materiallar
verildi.