пятница, 8 ноября 2013 г.

7 noyabr 2013 Azərbaycan Respublikası prezidenti yanında Gənclər Fondunun III Qrant layihəsi çərçivəsində həyata keçirilən “İsmayıllı gənclərinin sosial şəbəkələrdən səmərəli istifadəsinin təmin olunması” layihəsi davam edir




“İsmayıllı gənclərinin sosial şəbəkələrdən səmərəli istifadəsinin təmin olunması” layihəsi davam edir


7 noyabr 2013-cü il tarixində “İsmayıllı gənclərinin sosial şəbəkələrdən səmərəli istifadəsinin təmin olunması” layihəsinin növbəti təlimi İsmayıllı şəhər 1 saylı orta məktəbdə keçirilib. Təlimdə İsmayıllı rayon 1 saylı saylı orta məktəbin 9, 10 və 11-ci sinif şagirdləri iştirak ediblər. Təlim zamanı şagirdlərə sosial şəbəkələr haqqında geniş məlumat verən təlimçi iştirakçıları maraqlandıran sualları da cavablandırıb, iştirakçılar üçün öncədən hazırlanmış slaydlar nümayiş olunub. Təlim zamanı iştirakçılara buklet və broşurlar paylanılıb. Gənclər Fondunun loqosu olan köynəklər fəal iştirakçılara təqdim olunmuş və xatirə fotoları çəkilmişdir. Təlimdə 1 saylı məktəbin 9-cu sinif şagirdi E. Abdullayev öz bloqunu iştirakçılara təqdim edib, onlara bloq yaradılması öyrədilib, sosial şəbəkələrin imkanları barədə slaydlar təqdim olunub. Təlimin sonunda müzakirələr zamanı fəal iştirak edən gənclərdən “İnnovativ Gənclər” birliyinə yeni üzvlər seçilib.
SAM_2061

Комментариев нет:

Отправить комментарий