пятница, 17 июня 2011 г.

Elektron Təhsil Müsabiqəsinin qalibləri seçilib

E - Təhsil

“Elektron Təhsil” Müsabiqəsinin Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib. Toplantıda Müsabiqənin səsverməsinin yekun – 3-cü mərhələsinin nəticələri müzakirə olunub. Məlum olduğu kimi Müsabiqənin Münsiflər Heyəti tərəfindən Nominantlar arasından qaliblərin seçilməsi ilə bağlı qiymətləndirmə və səsvermə prosesi artıq başa çatıb. Səsvermənin 2-ci mərhələsinin yekununda 5 Nominasiya üzrə 601 resurs arasından ən yaxşılar olan 98 resurs Nominant statusu almışdı.

Təşkilat Komitəsinin toplantısında səsvermənin yekun mərhələsinin də şəffaf və ədalətli formada keçirilməsi üçün yetərli şəraitin yaradıldığı qeyd olunub. Səsvermənin yekun prosesinin Münsiflər Heyətinin üzvləri tərəfindən elektron formada gizli olaraq keçirildiyi vurğulanıb. Səsvermə prosesində Nominantlara aidiyyatı olan Münsiflər Heyəti üzvlərinin səslərinin nəzərə alınmadığı, iki Nominasiyada qalib gələnlərə Əsasnaməyə uyğun olaraq yalnız bir qiymətli hədiyyənin verilməsi ilə bağlı məlumatlar nəzərə alınıb.

Təşkilat Komitəsinin toplantısında elektron təhsil resurslarının hazırlanması istiqamətində müəllimlər arasında artıq rəqabətin formalaşdığı da vurğulanıb. Gələcəkdə Müsabiqənin Əsasnaməsinin daha də təkmilləşdirilməsinin vacibliyi qeyd olunub.

Toplantıda qaliblərin mükafatlandırılması ilə bağlı Təqdimat mərasiminin keçirilməsi məsələsi də müzakirə olunub.

18 iyun 2011-ci il tarixdə saat 10.00-da Təhsil nazirliyinin Akt Zalında Müsabiqənin qaliblərinin mükafatlandırılmasına həsr olunan Təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub. Qaliblərin adları Təqdimat mərasimində açıqlanacaq.

Müsabiqənin Əsasnaməsinə müvafiq olaraq qaliblərin adları Təqdimat mərasimindən sonra saytda yerləşdiriləcək və KİV də dərc olunacaq.

Bu ilki Müsabiqədə hər bir Nominasiya üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərinə , hər bir Nominasiya üzrə fərqlənənlərə və ən çox layihə təqdim edən məktəbə diplomların və qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulub.

“2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən Elektron Təhsil Müsabiqəsi HP, Ultra, Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Azerfon-Vodafone və Mədəd təşkilatları tərəfindən dəstəklənir.

Müsabiqənin Təşkilat Komitəsi

Комментариев нет:

Отправить комментарий

Архив блога