понедельник, 16 мая 2011 г.



Amerikanın səfiri cənab Matyu Brayza İsmayıllı şəhər İ.Həsənov adına tam orta məktəbdə.

  • 02.05.2011-ci il tarixdə ABŞ səfiri M.Brayza Sülh Korpusunun 50 illik yubiley tədbirlərində iştirak etmək məqsədi ilə bir neçə rayonda səfərdə oldu.Sevindirici haldır ki, ilk rayon İsmayıllı və baş çəkdiyi ilk məktəb mənim çalışdığım şəhər 1 saylı tam orta məktəb oldu.
  • Bu heç də təsadüfi deyildi.Məktəbimizin direktoru Ş.Rəsulov və ingilis dili müəllimlərinin səyi nəticəsində Rayonumuzda ilk dəfə olaraq 2003-cü ildə Sülh korpusu könüllüsü Amy Petersen məktəbimizə işləməyə gəldi və iki il boyunca bizimlə bərabər çalışdı.Əlbəttə Amy-ylə birgə çalışdığımız dövr bizim eləcə də mənim tədris sahəsindəki fəaliyyətimdə demək olar ki, dönüş yaratdı.Daha sonra könüllü Mattyu Peterson da 2 il məktəbimizdə işlədi.
  • Səfir M.Brayzanın məktəbimizə gəlməsinin məqsədi Sülh korpusu könüllülərinin işi ilə yaxından tanış olmaq idi.
  • Qarşılanma mərasimindən sonra 1 saylı məktəbin akt zalında təqdimat mərasimi keçirildi.Təqdimatı xoşgəldin çıxışı ilə məktəbimizin direktoru açdı.Daha sonra müsahibə xarakterli təqdimatda mən və bir neçə müəllim çıxış etdi.1 saylı məktəbin ingilis dili müəllimləri Ə.İsgəndərova,P.Piriyeva,Ş.Nəcəfova,iqtisadiyyat müəllimi İ.Heydərova,3 saylı məktəbin ingilis dili müəllimi H.Talıbova könüllü Emi Petersenlə birgə işlədikləri layihələrdən söz açdılar.P.Piriyeva təqdimatında onu da qeyd etdi ki ,biz könüllülərlə

Işlədiyimiz vaxtlardakı uğurlarımızla kifayətlənməmişik.İndi də yeni-yeni layihələrdə işləyirik.AzETA (Azərbaycan İngilis dili Müəllimləri Assosiasiyası)İEARN(Beynəlxalq Təhsil vəTədqiqatlar Şurası),İREX təşkilatları ilə əməkdaşlıq edirik.İEARN layihəsi çərçivəsində 11-17 aprel 2011-ci ildə bir qrup müəllim və şagirdlə Türkiyə Cümhuriyyətində səfərdə oldum.May ayının 24-30 da mübadilə proqramı ilə Türkiyəli müəllim və şagirdləri məktəbimizə dəvət etmişik. Taivanda keçiriləcək İEARN Beynəlxalq konfransına dəvət almışam. Şagirdlərim Rusiya Federasiyası Ural Federativ Müəllimlər Evinin keçirdiyi Beynəlxalq Onlayn Bilik Olimpiadalarında 3 mərhəlini müvəffəqiyyətlə keçib finala vəsiqə aldılar.Biz hər gün nə isə oyrənir və işlərimizdə tətbiq etməyə çalışırıq.

Комментариев нет:

Отправить комментарий

Архив блога