воскресенье, 27 октября 2013 г.





Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun III Qrant layihəsi çərçivəsində maliyyələşdirilən “İsmayıllı gənclərinin sosial şəbəkələrdən səmərəli istifadəsinin təmin olunması” adlı layihənin “Dəyirmi Masa” tədbiri 12.10.2013-cü il saat 10.00 da İsmayıllı rayon Heydər Əliyev Mərkəzində keçirildi. Layihəyə 28.09.2013-cü il tarixdə start verilib.Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin müavinləri Rövşən Ağayev, Sevil Əhmədova, Gənclər və İdman idarəsinin sədri Elçin Nəcəfli, 1saylı tam orta məktəbin direktoru Şəfaqət Rasulov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. L ayihə rəhbəri Pərvanə Piriyeva Azərbaycan Gənclər Fondu haqqında tədbir iştirakçılarına məlumat verdi. Layihənin həyata keçirilməsində əsas məqsəd gənclərin liderlik, təşkilatçılıq könüllülük vərdişlərinin aşılanması ,sosial şəbəkələrdə internet-bloqların yaradılması və ictimaiyyətlə əlaqələr (PR) sahəsində bilik və bacarıqlarının artırılması, fərdi və mütəşəkkil aktivliyin artırılmasıdır.Həyata keçiriləcək layihə çərçivəsində 3 orta ümumtəhsil məktəbi üzrə 5 qrup olmaqla, hər birində 40 iştirakçının təmsil olunması və hər qrup üzrə 1 təlim təşkil olunacaq ki, bununla da 200 nəfər gənc ictimai fəaliyyətdə aktivləşəcək , internetin yalnız oyun üçün olmadığını anlayacaqdır.Təlimlər zamanı iştirakçılara maarifləndirici buklet və broşürlərin paylanması nəzərdə tutulmuşdur. Eyni zamanda hər təhsil müəssisəsində davamlı təlimlər keçirilməsi məqsədi ilə könüllü təlimçilər yetişdiriləcək və hər bir təhsil müəssisəsində “İnnovativ Gənclər ”mərkəzi yaradılacaq. Bu da gənclərin fəallığının daha da artırılmasını təmin edəcək.
Qonaqlar sosial şəbəkələrdən səmərəli istifadə olunmasının gənc nəslə aşılanmasının vacibliyini vurğuladılar və uğur arzuladılar.


















Комментариев нет:

Отправить комментарий