четверг, 16 февраля 2012 г.

Fevralın 14-də Təhsil Nazirliyində «Ən yaxşı ümumtəhsil məktəbi» və «Ən yaxşı müəllim» müsabiqələrinin Təşkilat Komitəsinin iclası keçirilib.

İclas iştirakçılarını salamlayan təhsil naziri, «Ən yaxşı ümumtəhsil məktəbi» və «Ən yaxşı müəllim» müsabiqələrinin Təşkilat Komitəsinin sədri Misir Mərdanov təhsil işçiləri arasında sağlam rəqabətə, yaradıcı təşəbbüskarlığın artırılmasına yol açan müsabiqələrin əhəmiyyətindən söhbət açıb və Təşkilat Komitəsinin işinə uğurlar arzulayıb. Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında» 2007-ci il 4 sentyabr tarixli sərəncamına əsasən, artıq 5 ildir ki, ölkəmizdə müvafiq müsabiqələr keçirilir. Misir Mərdanov müsabiqələrin Təşkilat Komitəsinin tərkibində müəyyən dəyişikliklər edildiyini nəzərə çatdırıb.
Təhsil naziri «Ən yaxşı ümumtəhsil məktəbi» müsabiqəsinə 2011-ci ildə 145, 2012-ci ildə isə 151 məktəbin sənəd təqdim etdiyini nəzərə çatdırıb. Müsabiqədə iştirak etmək istəyən ümumtəhsil müəssisələrindən müvafiq bal toplamış 111 məktəbin II mərhələyə buraxıldığını bildirən Misir Mərdanov onların ayrı-ayrı rayon və şəhərlər üzrə bölgüsünə diqqət çəkib.
Nazir “Ən yaxşı müəllim” müsabiqəsinə 2011-ci ildə 425, bu il isə 464 nəfərin sənəd təqdim etdiyi, onlardan 456-nın sənədinin ekspertizadan keçdiyi barədə məlumat verib. Misir Mərdanov bildirib ki, iştirakçıların sayına görə ibtidai sinif (67 nəfər), Azərbaycan dili və ədəbiyyat (35 nəfər) müəllimləri üstünlük təşkil edir. Ekspertizanın nəticələrinə görə sənədləri qəbul olunmuş 456 müəllimdən 229 nəfərin II mərhələyə buraxıldığını söyləyən təhsil naziri onların rayon və şəhərlər, eləcə də fənlər üzrə bölgüsünü nəzərə çatdırıb. “Ən yaxşı müəllim” müsabiqəsi iştirakçılarının nümunə dərslərinin təşkil olunacağı məktəblərin adlarını sadalayan nazir II mərhələyə fevralın 20-də başlanılmasının nəzərdə tutulduğunu qeyd edib.
Sonra «Ən yaxşı ümumtəhsil məktəbi» və «Ən yaxşı müəllim» müsabiqələrinin keçirilməsi ilə bağlı bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Комментариев нет:

Отправить комментарий

Архив блога