"İKT ili" çərçivəsində "Respublikada "Elektron hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər"
Yaşadığımız XXI əsr İnformasiya
Kommunikasiya Texnologiyalarının özünün pik nöqtəsinə çatdığı , İKT –nin hər kəsin ayrılmaz dostuna
çevrildiyi bir dövrdür. 2013-cü il İKT
ili elan olunub və bu gün artıq texnologiyalar çağımızın vaz keçilməz
hissəsinə çevrilib.Eləcə də hər yeni inkişaf müəyyən dərəcədə həyatımızın
dəyişməsinə səbəb olur.XXI əsrdə
hər mənada güclü, ağıllı, intellektual insan olmağın yolu düzgün alınan
informasiyadan keçir. Niyə məhz informasiya? Bu gün informasiya həm bilik, həm
təcrübə, həm də karyera deməkdir. Müasir dünyada isə informasiya deyəndə ilk
olaraq fikrimizə internet gəlir.
İnternet bütün dünyada kütləvi olaraq
yayıldıqdan sonra qloballaşmanın məntiqinə uyğun olaraq sanki bütün dünya
kiçilərək vahid informasiya sisteminin ətrafında qruplaşıb. Bu qlobal sistemdə
kim informasiyaya daha yaxındırsa, kim informasiyadan daha səmərəli
istifadə edə bilirsə O da daima irəlidədir. Bu gün güclü, ağıllı, intellektual
olmağın yolu internetə və informasiyaya yaxınlıqdan, bütövlükdə cəmiyyət olaraq
informasiya cəmiyyətinə qoşulmaqdan gedir.Bu gün “internet” sözü “sürət” sözünə
paralel olaraq istifadə olunur.
İnsan həyatının hər bir sahəsində
innovasiya proseslərinin getdiyi günümüzdə E-Azərbaycan, Elektron Hökumət, E-Təhsil, E- Məktəb, E-Müəllim, E-Dərslik, E-Dərs, E-Kitab, E-Jurnal, E-İmza,
E-xəritə, E- poçt ,E-məktub, E-Xidmət , E-Ticarət
və sairə ifadələr gündəlik həyatımızda müntəzəm işlətdiyimiz və istifadə etdiyimiz məfhumlara
çevrilmişdir. Son illər ölkəmizdə müxtəlif sahələrdə məqsədyönümlü inkişaf siyasəti müəyyənləşdirilmiş və uğurla
həyata keçirilməkdədir.Mövcud informasiya sistemləri və ehtiyatları
arasında səmərəli məlumatlandırma mübadiləsinin təmin olunması, eyni məlumatların müxtəlif mənbələrdə
formalaşmasını aradan qaldırmaq
üçün artıq vahid informasiya portalları yaradılır və istifadəyə verilir.Artıq bir neçə ildir ki, inkişaf etmiş ölkələrdə demokratiyanın inkişaf etməsinə stimul verən amillərdən biri və əsası
Elektron Hökumət (ingilis dilində
E-Government) formalaşdırılması
hesab olunur.
Bəzilərimiz üçün bu məfhum hələ də aydın deyil.Ölkəmizdə formalaşan elektron hökumət beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan) təsdiq edilməsi haqqında sərəncamına əsasən yaradılmışdır və cəmiyyətdə şəffaflığı inkişaf etdirən mühüm amillərdən biri E-hökumətin formalaşdırılmasıdır.Elektron Hökumət anlayışı ilə yanaşı işlənən Elektron imza isə qlobal aləmdə şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir.
Elektron imza anlayışı ümumi xarakter daşıyır. İnsanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir. Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir ədədi koddur.
E- imzanın tətbiqində iki açardan istifadə olunur: gizli və açıq açarlar. Belə ki, informasiyanı alanın gizli açarı onun şəxsi informasiya arxivini heç bir zaman tərk etmir. İmza müəllifi öz açarını gizli saxlayır və heç kəs onun əvəzinə elektron sənədi imzalaya bilməz. Bununla bərabər kimsə açıq açarın köməyilə bu imzanın və onun müəllifliyinin həqiqiliyinə əmin ola bilər.E- imza infrastrukturunun yaradılması, istifadəçilərin e-imza ilə təmin olunması və ümumilikdə ölkəmizdə vətəndaşların e-hökumətin imkanlarından yararlanması məqsədi ilə bir çox layihələr uğurla həyata keçirilir.Təhlükəsiz internetin təmin olunması Elektron Hökumət-in başlıca inkişaf xətlərindəndir.Hər hansı bir vətəndaş e-portalda onlayn qeydiyyatdan keçə və ya poçt şöbələrindən kod şifrə əldə edərək həm e-hökumətin imkanlarından faydalana, həm də e-imzaya sahib ola bilər.
Müasir texnologiyaların gündəlik
həyatımızın ayrılmaz hissəsinə
çevrilməsi qədimlərdən bəri istifadə etdiyimiz “ənənəvi imza”-nın
elektron alternativini reallığa çevirdi.
E-imzanın tətbiqi vergi hesabatları və ödəmələri zamanı hüquqi
və fiziki şəxslərin məsuliyyətdən yayınmlarının aradan qaldırılmasında, sosial müdafiə sistemlərində saysız-hesabsız sənədlərin toplanması, arayış alınmasına ehtiyac
olmamasında özünü biruzə verəcəkdir.Artıq vətəndaşlar dövlət məmurunun
hansısa sənədi imza etməsini çox gözləməyəcək, e- imza sahibləri
bürokratik əngəllərə rast gəlməyəcəklər.
Artıq bir neçə müddətdir ki,
ölkəmizdə fəaliyyətə başlayan
“Asan Xidmət”-in
də E-hökumətə
inteqrasiya edilməsinə hazırlıq
gedir. Mobil autentifikasiya sertifikatları mərkəzinin yaradılması, onlayn qeydiyyat, mobil operatorların 2G və 3G
şəbəkələri üzərindən internetin
respublikamızın bütün regionlarında əlçatan olması e-xidmətlərin inkişafına və
genişlənməsinə zəmin yaratmışdır.E- hökumət portalının sosial şəbəkələrdə maarifləndirmə məqsədi ilə paylaşmalar etməsi, Məlumat Hesablama Mərkəzinin(MHM) fəaliyyəti doğrudan da təqdirəlayiqdir.
http://www.rabita.az/az/c-haqqimizda/umumi-melumat/ Elektron xidmətlərin və dövlət informasiya ehtiyatlarının reyestrləri MHM tərəfindən aparılır. Məlumat Hesablama Mərkəzinin 157 çağrı xidməti, vətəndaşların layihələr haqqında olan suallarının operativ şəkildə cavablandırılmasını təmin edir.
Təsadüfi deyil ki, RİTN- nin MHM tərəfindən e-hökumət portalına daxil
olmaq üçün təqdim olunan sadələşdirilmiş kod parolların sayı 10 000-dən yuxarıdır.Təkcə facebook sosial şəbəkəsində 14 iyun 2013-cü il tarixində portal istifadəçilər
tərəfindən 50000 dəfə bəyənilmişdir.Bu günə olan bəyənilmələrin sayı
Ölkəmizdə
"Elektron
hökumət"in vaxta qənaət, əlverişli, sürətli, keyfiyyətli, fasiləsiz, şəffaf,
rahat, etibarlı olması kimi əsas üstünlükləri var.
İnformasiya və telekomunikasiya texnologiyalarının müasir mahiyyəti “Elektron- Hökumət” Proqramı şəklində dövlət xidmətlərinin təqdimatıdır. www.e-gov.az Hal -hazırda Azərbaycanda geniş vüsət götürən “Elektron Hökumət” Proqramı uğurla davam etdirilir.
Məqsəd, xalqımıza xidmət edərək hər bir vətəndaşımızın bu sahədə işini asanlaşdırmaqdan ibarətdir.
İnformasiya və telekomunikasiya texnologiyalarının müasir mahiyyəti “Elektron- Hökumət” Proqramı şəklində dövlət xidmətlərinin təqdimatıdır. www.e-gov.az Hal -hazırda Azərbaycanda geniş vüsət götürən “Elektron Hökumət” Proqramı uğurla davam etdirilir.
Məqsəd, xalqımıza xidmət edərək hər bir vətəndaşımızın bu sahədə işini asanlaşdırmaqdan ibarətdir.
Beynəlxalq
təcrübəyə əsasən bütün ölkələrin
“ e- hökumət”sistemlərinin inkişafı
3 əsəs indeks üzrə həyata müəyyənləşdirilir.
1.
Onlayn xidmətlərin göstərilməsi
2.
İnnovativ(müasir) tələbata uyğun telekommunikasiya infrastrukturu
3.
İnsan kapitalı
Mənbələr
və təcrübələr göstərir ki, “Elektron- Hökumət” texnologiyalarına daha tez keçən ölkələr güclü iqtisadiyyata malik
olan ölkələrdir.E- xidmətlərin mühüm
qollarından olan mobil xidmətlər artıq 33 qabaqcıl ölkədə reallaşmışdır.
Elektron -Hökumət texnologiyalarından istifadə
etməsinə görə ABŞ, Böyük Britaniya, Cənubi
Koreya, Sinqapur, Niderland, Danimarka kimi aparıcı iqtisadiyyata malik ölkələr ön sıralardadır.İKT sahəsində məşhur olan
Yaponiya və Estoniya isə bir qədər geridə
qalır.ABŞ dövlət qurumlarının 66%-i
öz sosial siyasətlərini yürütmək üçün mikrobloqlar və digər veb səhifələrdən istifadə edirlər. “
Usa- gov” adlı elektron sistemdə e-xidmətlər
cəmlənmişdir.
Böyük Britaniyada “ Direct Gov” portalı vasitəsi ilə bütün hökumət
məlumatları və e- xidmətlər istifadəçilərə təqdim olunur.Hökumətin təqdim
etdiyi əməliyyatlar və ictimai xidmətlər
“ Do İt Online”(“Bunu onlayn et”) adlı səhifədə cəmlənmişdir.İş axtarışlarını
isə “Job Center Plus” səhifəsində görmək
olar.
İnsanların sosial şəbəkələrə, servislərə olan hədsiz
marağı 78 dövləti Tvitter-də,
Facebook-da və başqa şəbəkələrdə öz rəsmi
səhifələrini açmağa vadar etmişdir.
“ Sinqapur Vətəndaşının portalı” Asiya regionunda onlayn ödənişlərin aparılması, vergilər,
lisenziyalar və müxtəlif e-xidmətlər üzrə geniş imkanlara malikdir.
Onlar ənənəvi
“bulud texnologiyalarını” inkişaf
etdirirlər və artıq “Müəllimlər üçün Bulud data Mərkəzi”-ni yaratmağa müvəffəq
olmuşlar.
Ölkələr üzrə yaradılmış və istifadə olunan onlayn xidmətlərin
əsas meyarı ölkəmiz Azərbaycanda da artıq uğurla tətbiq olunan “bir pəncərə” prinsipi üzərində qurulmuş
elektron xidmətlər portalıdır. www.e-gov.az portalın veb ünvanıdır.
E-hökumət” portalı bütün dövlət
qurumlarının,nazirliklərin, idarə və təşkilatların,müəssisələrin, fiziki və hüquqi şəxslərin onlayn xidmətlərinə tək bir nöqtədən giriş
imkanını təmin edən bir portaldır. Portalın məqsədi ictimai xidmətlərini vətəndaşlara,
müəssisələrə, ictimai təşkilatlara operativ şəkildə təqdim etməkdir. Portal vasitəsilə istifadəçilər özlərinə
lazım olan məlumat və xidmətlərdən
asanlıqla istifadə edə bilərlər.
"Elektron hökumət" - müasir informasiya
texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan
Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə
informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır.
Vahid "Elektron hökumət” ( www.e-gov.az) portalı qeyd etdiyim
kimi "bir pəncərə” prinsipi əsasında
fəaliyyət göstərir və 2012-ci ilin sentyabr ayında internet vasitəsi ilə (onlayn) vətəndaşların istifadəsinə təqdim olunmuşdur. 2020-ci ilə dövlət orqanlarının bütünlüklə
elektron xidmətlərlə əhatə olunması nəzərdə tutulub və bu, hökumətin fəaliyyətində
şəffaflığın tam təmin edilməsində mühüm alət olaraq sahibkarlara və vətəndaşlara qarşı mənfi
halların və bürokratik maneələrin aradan qaldırılmasına xidmət edir.
E-hökumət portalına 40 hökumət və dövlət
qurumu real vaxt rejimində birləşdirilmiş və Nazirlər Kabineti tərəfindən təsdiq
edilmiş 417 xidmətdən 158 e-xidmət artıq portalda yerləşdirilmişdir.İnternetə
bibaşa çıxışı olan vətəndaşlar portaldan asanlıqla istifadə edirlər.
Yaxın günlərdə planşet istifadəçiləri üçün nəzərdə tutulmuş "Elektron hökumət" portalının mini versiyası təqdim edilib (www.e-gov.az/mini/ ).
Yaxın günlərdə planşet istifadəçiləri üçün nəzərdə tutulmuş "Elektron hökumət" portalının mini versiyası təqdim edilib (www.e-gov.az/mini/ ).
Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinin AzDataCom XDMX-nin State Net, Delta
və Aztelekom şirkətlərinin yüksəs sürətli informasiya ötürücü şəbəkələri ölkəmizin
ərazisində və dövlət orqanları arasında
elektron məlumat mübadiləsinin
intensiv təşkilinə real şərait yaratmışdır.
Azərbaycan
Respublikası prezidentinin “İKT sahəsinə verilən diqqət və əldə edilmiş
uğurları nəzərə alaraq 2013-cü ili "İKT ili” elan etməsi haqqında sərəncam, gənclərə,
texnologiyanın imkanlarından istifadə
etmək istəyənlərə böyük stimul verdi.Azərbaycanın ilk Telekommunikasiya
peykinin orbitə çıxarılması və kosmik
ölkəyə çevrilməsi həm sevindirici həm də tarixi haldır.Bu ölkəmizin
müasir,güclü,regional müstəvidən çıxmış
müstəqil ölkə olmasının bariz sübutudur. Bu gün İKT sektoru 2004-13-cü
illər üzrə hər üç ildə təxminən 2 dəfə
genişlənmiş, 2012-ci ildə artım tempi 18% olmuşdur.Hal-hazırda RİTN və Dövlət
Neft Fondu ölkədə “evlərə optika” modeli üzrə bütün yaşayış məntəqələrinə
genişzolaqlı, təhlükəsiz internetin çəkilməsi
ilə bağlı layihəni uğurla həyata keçirir.
2013-cü ilin yanvar ayından etibarən hər
ay dərc olunan (onlayn) Elektron Hökumət bülletenləri də əhali, vətəndaşlar arasında maraqla
qarşılanır və sevilərək oxunur.
Azərbaycanın e- idarəçilik sahəsindəki nailiyyətləri bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.Bu, Azərbaycanın inkişaf naminə
e-idarəçilik sahəsindəki potensialın istifadəsində və BMTİP ilə birgə həyata
keçirilən digər layihələrdəki uğurlu təcrübəsilə bilavasitə bağlıdır. E-
hökumət portalı da artıq dünya azərbaycanlılarının vahid
informasiya məkanına çevrilir.
Ölkə prezidenti İ.Əliyev cənablarının İKT-nin
tətbiqini prioritet sahə elan etməsi və
Təhsil Nazirliyinin orta məktəblərdə 1 şagird 1 kompyuter, kompyuterləşdirmə
işlərini həyata keçirməsi, Elektron Təhsil müsabiqəsinin
(http://musabiqe.edu.az/) təşkil olunması məktəbimizin
genişmiqyaslı intranet-internet şəbəkəsinə qoşulması
ingilis dili müəllimi kimi mənim
məqsədimə çatmağımı asanlaşdirir. Beynəlxalq arenada təhsil sistemimizdə
aparılan islahatların təqdim olunması, sonsuz virtual məkan olan internetin
imkanları vasitəsi ilə labüddür və gərəklidir.Əgər bu gün müəllim evdən çıxmadan internetin köməyi ilə beynəlxalq universitetdə distant təhsil alıb ,təkmilləşdirmə kursunu bitirirsə, deməli biz artıq E-Hökumətin bir parçasıyıq.
Elektron məktəbdə çalışan, Mimio, Smart, Promethan qurğuları
ilə e-dərslər hazırlayan, Elektron müəllim statusu olan bir pedaqoq kimi bütün həmvətənlərimin,
xüsusilə həmkarlarımın və şagirdlərimin respublikamızda aparılan E-hökumət quruculuğunda
iştirak etməsi üçün mən də bacardığımı əsirgəməyəcəyəm.