I am an English teacher.I want to share ideas,thoughts,plans about learning and teaching ESL. Dear Guests,please go to "Followers" corner and follow ,Enjoy English.
вторник, 31 мая 2011 г.
Esger marsi - azebaycan esgeri - cavansir quliyev
- 28 may 1918 ci il Azərbaycanın ən parlaq və unudulmaz tarixi günlərindən biri yəni Azərbaycanın istiqlal günüdür. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Cümhuriyyət əsrin sonunda yenidən bərpa olundu. 1918–ci ilin May aynının 28–də Azərbaycan milli şurası istiqlal bəyannaməsi ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını e’lan etdi. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir. Azərbaycan xalq cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin etməlidir.
ADR Türk və İslam dünyasında ilk Parlamentli Respublika ve ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömrundə böyuk naaliyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın - kişi bərabərliyini təmin edən cümhuriyyet o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və bir cümlədə desək bugün özlərini modern hesab edən ölkələrin bir çoxunun hələ də təmin edə bimədiyi demokratik şəraiti 89 il bundan əvvəl Müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir.
ADR - i rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur 1918 ci il 4 iyun.
Azərbaycan Demokratik Respublikası gərgin ve mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki Müstəqil Azərbycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvvəqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq istiqlal ideyası yenilməyib və M.Ə.Rəsulzadənin “BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ” şuarı öz əksini tapıb və nəhayət 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
Hamınızı qarşıdan gələn 28 may müsteqillik günü münasibəti ile təbrik edirəm. Uğur, yükseliş, sülh, əmin - amanlıq başımızdan əksik olmasın!!!
четверг, 26 мая 2011 г.
среда, 25 мая 2011 г.
понедельник, 23 мая 2011 г.
ENJOY ENGLISH: THE GLOBAL MOTHERLAND: AZERBAIJAN
суббота, 21 мая 2011 г.
пятница, 20 мая 2011 г.
вторник, 17 мая 2011 г.
ENGLISH WITH PLEASURE: MÜƏLLİMLƏR ÜÇÜN SAYTLAR
http://president.az/
http://www.kurikulum.az/
http:/..."
понедельник, 16 мая 2011 г.
Amerikanın səfiri cənab Matyu Brayza İsmayıllı şəhər İ.Həsənov adına tam orta məktəbdə.
- 02.05.2011-ci il tarixdə ABŞ səfiri M.Brayza Sülh Korpusunun 50 illik yubiley tədbirlərində iştirak etmək məqsədi ilə bir neçə rayonda səfərdə oldu.Sevindirici haldır ki, ilk rayon İsmayıllı və baş çəkdiyi ilk məktəb mənim çalışdığım şəhər 1 saylı tam orta məktəb oldu.
- Bu heç də təsadüfi deyildi.Məktəbimizin direktoru Ş.Rəsulov və ingilis dili müəllimlərinin səyi nəticəsində Rayonumuzda ilk dəfə olaraq 2003-cü ildə Sülh korpusu könüllüsü Amy Petersen məktəbimizə işləməyə gəldi və iki il boyunca bizimlə bərabər çalışdı.Əlbəttə Amy-ylə birgə çalışdığımız dövr bizim eləcə də mənim tədris sahəsindəki fəaliyyətimdə demək olar ki, dönüş yaratdı.Daha sonra könüllü Mattyu Peterson da 2 il məktəbimizdə işlədi.
- Səfir M.Brayzanın məktəbimizə gəlməsinin məqsədi Sülh korpusu könüllülərinin işi ilə yaxından tanış olmaq idi.
- Qarşılanma mərasimindən sonra 1 saylı məktəbin akt zalında təqdimat mərasimi keçirildi.Təqdimatı xoşgəldin çıxışı ilə məktəbimizin direktoru açdı.Daha sonra müsahibə xarakterli təqdimatda mən və bir neçə müəllim çıxış etdi.1 saylı məktəbin ingilis dili müəllimləri Ə.İsgəndərova,P.Piriyeva,Ş.Nəcəfova,iqtisadiyyat müəllimi İ.Heydərova,3 saylı məktəbin ingilis dili müəllimi H.Talıbova könüllü Emi Petersenlə birgə işlədikləri layihələrdən söz açdılar.P.Piriyeva təqdimatında onu da qeyd etdi ki ,biz könüllülərlə
Işlədiyimiz vaxtlardakı uğurlarımızla kifayətlənməmişik.İndi də yeni-yeni layihələrdə işləyirik.AzETA (Azərbaycan İngilis dili Müəllimləri Assosiasiyası)İEARN(Beynəlxalq Təhsil vəTədqiqatlar Şurası),İREX təşkilatları ilə əməkdaşlıq edirik.İEARN layihəsi çərçivəsində 11-17 aprel 2011-ci ildə bir qrup müəllim və şagirdlə Türkiyə Cümhuriyyətində səfərdə oldum.May ayının 24-30 da mübadilə proqramı ilə Türkiyəli müəllim və şagirdləri məktəbimizə dəvət etmişik. Taivanda keçiriləcək İEARN Beynəlxalq konfransına dəvət almışam. Şagirdlərim Rusiya Federasiyası Ural Federativ Müəllimlər Evinin keçirdiyi Beynəlxalq Onlayn Bilik Olimpiadalarında 3 mərhəlini müvəffəqiyyətlə keçib finala vəsiqə aldılar.Biz hər gün nə isə oyrənir və işlərimizdə tətbiq etməyə çalışırıq.
суббота, 14 мая 2011 г.
пятница, 13 мая 2011 г.
Beynəlxalq Olimpiadalarda İştirakımız
Pərvanə Piriyeva və şagirdlərinin Beynəlxalq
Bilik Olimpiadasında İştirakı .
Ismayılli şəhər İ.Həsənov adına 1 saylı orta məktəbin ingilis dili müəllimi Pərvanə Piriyeva və şagirdləri 2010-2011 ci dərs ilində Rusiya Federasiyası Ural (URFODU ) Federal Universiteti Müəllimlər Evinin layihəsi olan Beynəlxalq Bilik Olimpiadasinda iştirak etmişdir.
Bu intellektual yarişmalarda Belorusiyanın ,Almaniyanın,Qazaxıstanın,Rusiyanın,Türkiyənin,Ukraynanın,Çexiyanın məktəbliləri iştirak edirlər.Olimpiadanın keçirilməsi üçün unikal proqram təminatı,Onlayn Test Kompleksi tərtib olunmuşdur.Bu proqram saysız-hesabsız iştirakçının uzaq məsafələrdən yarışmalarda iştirak etməsinə şərait yaradır.
Olimpiada intellektual marafonu xatırladır. 3 mərhələdən ibarətdir.1ci mərhələnin yekunlarına görə iştirakçılar 3 kateqoriyaya bölünür.Aşağı bal toplayan iştirakçı sonrakı mərhələdə iştirak etmək hüququndan məhrum olur.Orta bal toplayan iştirakçilar 2ci mərhələdə Premyer Liqanin tərkibində,yuksək bal toplayanlar isə Yuksək Liqanin tərkibində iştirak etmək huququ qazanır
Birinci etap - Nəticədən asılı olaraq Olimpiada Komitəsi bütün iştirakçilara balları göstərilən Sertifikatlar təqdim edir.
II etap-Nəticədən asılı olaraq iştirakçılar I, II, III dərəcəli Diplomlarla təltif olunurlar.
III etap-Nəticədən asılı olaraq I,II,III dərəcəli diplomlar,və ya final mərhələsinin iştirakçısı diplomu təqdim olunur.Qaliblər qızıl,gümüş və bürünc medallar qazanırlar.Bütün iştirakçılar Beynəlxalq Olimpiadanın Final Mərhələsinin Diplomantı nişanları alırlar.
İsmayılı şəhər İ.Həsənov adına 1 saylı orta məktəbin ingilis dili müəllimi Priyeva Pərvanə həmin məktəbin 50 nəfər şagirdinin bu Beynəlxalq Olimpiadalarda iştirak etməsi üçün virtual kabinet yaratmışdır.İştirakçı şagirdlərdən bir neçəsi 2 fənn üzrə müsabiqəyə qoşulmuşdur.
I mərhələnin yekunlarına əsasən şagirdlərimizin hər biri sertifikatla mükafatlandırıldı. 35 şagirdimiz ingilis dilindən,5 şagirdimiz rus dilindən,4 şagirdimiz riyaziyyatdan,3 şagirdimiz biologiyadan,2 nəfər kimyadan və 1 şagirdimiz coğrafiya fənnindən onlayn testdə iştirak edərək yüksək bal toplamışlar. II mərhələnin yekunlarına əsasən iştirakçılar diplomlara layiq görüldülər.VII sinif şagirdləri Abdullayev Emin,Cəfərova Sevil,Baxışova Günay,Şıxıyev Röyal, Matyuşina Raisa, V sinif şagirdi Piriyev Azər və s şagirdlər II mərhələnin yekunlarina əsasən ən yüksək qiymətlə 100 balla III mərhələyə keçmişdir. Olimpiadanın III mərhələsi Rusiyada,Almaniyada,Çexiyada və Türkiyədə keçirilir.Biz də rayon və məktəb rəhbərliyinin birgə qərarına əsasən yaxın ölkələrdən birini seçərək final mərhələsində iştirakçı ola bilərik.
http://www.slide.com/r/Zegq7jdR4D92jpsk0lCDw4RDraKq8Y1A?previous_view=mscd_embedded_url&view=original
понедельник, 9 мая 2011 г.
пятница, 6 мая 2011 г.
THE GLOBAL MOTHERLAND: AZERBAIJAN
My motherland is Azerbaijan!
I am proud of my country and I'm always ready to tell all the friends about my native land, national holidays, traditions, habits etc.
First of all I want to introduce myself: I am Parvana Pirieva. I'm a teacher of English in a secondary school №1 named after I.Hasanov in Ismailly city .It'll be a great pleasure for my students and me to visit Turkey for such a reason like joining Global Motherland Project.
Архив блога
-
▼
2011
(165)
-
▼
мая
(41)
- Smiling World: Let's smile!
- CENAB LEYTENANT
- Esger marsi - azebaycan esgeri - cavansir quliyev
- http://englishinlife.wordpress.com/2011/05/26/stor...
- C:\Users\EREN\Desktop\Happy Women's Day.wmv
- SUE Song
- School Uniform Exchange.wmv
- http://www.youtube.com/watch?v=3IrCmkuBtFI&feature...
- http://googlephotos.blogspot.com/
- ENJOY ENGLISH: THE GLOBAL MOTHERLAND: AZERBAIJAN
- http://www.authorhouse.com/Bookstore/BookSearchRes...
- http://www.mynameprojectworks.blogspot.com/
- http://www.mynameprojectworks.blogspot.com/
- http://www.azerbaijan.az/_GeneralInfo/_FireLand/_f...
- My first participation on VC SUE project!
- Mədəd Humanitar Təşkilatının Bakı Kompyuter Kollec...
- Unforgetable Memory in Turkey CEAL
- ENJOY ENGLISH:
- Fruit
- Little Red Riding Hood finger puppets
- Little Red Riding Hood finger puppets
- !11-16 Aprel 2011-ci il tarixlərdə Qonşular Görüşü...
- Без названия
- Без названия
- ENGLISH WITH PLEASURE: MÜƏLLİMLƏR ÜÇÜN SAYTLAR
- Без названия
- http://www.edu.gov.az/view.php?lang=az&menu=346
- http://portal.edu.az/Pages/intro.htm
- http://heydar-aliyev.org/
- http://president.az/
- http://mektebli.president.az/
- http://www.edu.gov.az/view.php?lang=az&menu=0
- ENJOY ENGLISH: Eletktron tehsil Musabiqesi
- Eletktron tehsil Musabiqesi
- Teddy bears
- Beynəlxalq Olimpiadalarda İştirakımız
- Diplomların Təqdimatı
- Neighbors Are Meeting-Day 1.wmv
- This link is a video from my visiting to Turkey wi...
- Today is a great day -Victory Day!That Day was the...
- THE GLOBAL MOTHERLAND: AZERBAIJAN
-
▼
мая
(41)